“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1079-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1079-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2018-ci il.
16 мая 2018, 08:0522 мая 2017, 09:05
О дополнительных мерах по улучшению материально-технической базы шелководства в Азербайджанской Республике подробно...
17 мая 2017, 10:05
О награждении Шейхи Латифы Аль-Фахд Аль-Салим Аль-Сабах «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
17 мая 2017, 10:05
О 100-летнем юбилее Азербайджанской Демократической Республики подробно...
17 мая 2017, 10:05
О присвоении почетного звания «Шехид 20 Января» подробно...
17 мая 2017, 10:05
О награждении А.С.Меликовой орденом «Шараф» подробно...
16 мая 2017, 06:05
О мерах по строительству автодороги Мехтиабад-Фатмаи-Горадил Абшеронского района подробно...
12 мая 2017, 10:05
О награждении генерального секретаря Всемирной туристской организации ООН Талеба Рифаи орденом «Достлуг» подробно...
12 мая 2017, 09:05
Об установлении вознаграждения для спортсменов Азербайджанской Республики и их тренеров за самые высокие результаты на проводимых в столице Азербайджанской Республики городе Баку IV Играх исламской солидарности подробно...
11 мая 2017, 09:05
О присуждении Н. А.Гасанзаде Премии Гейдара Алиева подробно...
2 мая 2017, 09:05
О присвоении азербайджанским ковровщицам почетного звания «Заслуженный работник культуры» подробно...