“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 462-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
4.1. dövlət xəzinədarlığı məlumatlarına çıxışı nəzərdə tutulan dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi üçün müvafiq elektron sistemin yaradılmasını və 2018-ci il mayın 1-dək tətbiq olunmasını təmin etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Dövlət xəzinədarlığı məlumatlarına çıxış imkanı təmin edilən dövlət qurumları:
5.1. informasiya sistemlərinin və ehtiyatlarının bu Fərmanın 4.1-ci bəndində nəzərdə tutulan elektron sistemə qoşulması üçün zəruri tədbirlər görsünlər;
5.2. dövlət xəzinədarlığı məlumatlarına çıxış imkanı verilən məsul şəxsləri müəyyən etsinlər, müvafiq tədbirlər görülməsi üçün onlar barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə təqdim etsinlər;
5.3. müvafiq məlumatların əldə edilməsi üçün informasiya sistemi qovşaqlarını lazımi proqram təminatı ilə təmin etsinlər, onların dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyəti üçün zəruri tədbirlər görsünlər.
6. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti:
6.1. dövlət xəzinədarlığı məlumatlarına çıxış imkanı təmin edilən dövlət qurumlarını mühafizə olunan rabitə kanalları ilə təmin etsin;
6.2. rabitə kanalının texniki-texnoloji infrastrukturunun istismarını və informasiya təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görsün.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2018-ci il.
16 мая 2018, 08:0520 октября 2016, 09:10
О присвоении группе энергетиков Азербайджана почетного звания «Заслуженный инженер» подробно...
19 октября 2016, 09:10
О награждении В.Ф.Алескерова орденом «За службу Отечеству» 2-й степени подробно...
13 октября 2016, 09:10
О подготовке проектов соответствующих правовых актов в связи с вступлением в силу Акта референдума Азербайджанской Республики «О внесении изменений в Конституцию Азербайджанской Республики», принятого в результате референдума от 26 сентября 2016 года подробно...
13 октября 2016, 09:10
О награждении работников железнодорожного транспорта Азербайджана подробно...
13 октября 2016, 09:10
О предоставлении И. А. Мамедову персональной пенсии Президента Азербайджанской Республики подробно...
13 октября 2016, 09:10
О присвоении почетного звания «Заслуженный инженер» работникам Закрытого акционерного общества «Азербайджанские железные дороги» подробно...
12 октября 2016, 09:10
О двадцать пятой годовщине восстановления государственной независимости Азербайджанской Республики подробно...
12 октября 2016, 09:10
О повышении размера персональной пенсии Президента Азербайджанской Республики подробно...
12 октября 2016, 09:10
Об усилении социальной защиты лиц, которым присвоено звание Национального героя Азербайджана подробно...
7 октября 2016, 09:10
О присуждении юным талантам специальной стипендии подробно...