“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, № 11, maddə 1974, № 12 (I kitab), maddə 2192; Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 967-VQD və 968-VQD nömrəli, 2018-ci il 6 mart tarixli 1025-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.”.

2. 14.1-ci maddədə “dövlət büdcəsi vəsaitindən” sözləri “bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən” sözləri ilə əvəz edilsin.

3. 25.10-cu maddənin ikinci cümləsində “dövlət büdcəsinin” sözləri “Azərbaycan Respublikasının dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsinin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2018-ci il.

15 мая 2018, 08:05

http://www.azertag.az

531—540 из 3607

11 декабря 2020, 19:12

Постановление Милли Меджлиса Азербайджанской Республики Об утверждении Указа Президента Азербайджанской Республики «Об отмене военного положения»   подробно...

11 декабря 2020, 19:12

Постановление Милли Меджлиса Азербайджанской Республики О назначении В.Т.Гюльмамедова председателем Счетной палаты Азербайджанской Республики   подробно...

11 декабря 2020, 19:12

Указ Президента Азербайджанской Республики Об отмене военного положения   подробно...

9 декабря 2020, 19:12

Указ Президента Азербайджанской Республики О создании Фонда помощи Азербайджанской армии и отмене Указа Президента Азербайджанской Республики “О создании Фонда помощи Вооруженным силам Азербайджанской Республики” от 17 августа 2002 года номер 755   подробно...

8 декабря 2020, 18:12

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Н.Р.Зейналова от должности главы Исполнительной власти Джалилабадского района   подробно...

7 декабря 2020, 20:12

Распоряжение Президента Азербайджанской Республики О присвоении А.Н.Нагиеву высшего воинского звания генерал-полковника   подробно...

7 декабря 2020, 20:12

Распоряжение Президента Азербайджанской Республики О присвоении О.С.Султанову высшего воинского звания генерал-полковника   подробно...

7 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О присвоении высшего воинского звания «генерал-майор» ряду военнослужащих Министерства обороны Азербайджанской Республики   подробно...

3 декабря 2020, 18:12

Распоряжение Президента Азербайджанской Республики Об отмене Распоряжения Президента Азербайджанской Республики «Об учреждении Дня Победы в Азербайджанской Республике» от 2 декабря 2020 года номер 2312   подробно...

3 декабря 2020, 18:12

Распоряжение Президента Азербайджанской Республики Об учреждении Дня Победы в Азербайджанской Республике   подробно...