“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1074-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1074-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 2018-ci il.
15 мая 2018, 08:0521 июля 2017, 10:07
О награждении Ф.С.Гаджиева орденом «За службу Отечеству» 2-й степени подробно...
21 июля 2017, 10:07
О присвоении А.А.Алекберову почетного звания «Заслуженный учитель» подробно...
21 июля 2017, 10:07
О награждении А.И.Велиева орденом «За службу Отечеству» 2-й степени подробно...
20 июля 2017, 10:07
О проведении 100-летнего юбилея Махлуги Садыховой подробно...
20 июля 2017, 10:07
О выделении единовременной финансовой помощи газетам, издающимся в Азербайджанской Республике подробно...
20 июля 2017, 10:07
О дополнительных мерах по усилению социальной защиты сотрудников средств массовой информации подробно...
20 июля 2017, 10:07
О назначении А.А.Зейналлы чрезвычайным и полномочным послом Азербайджанской Республики в Китайской Народной Республике подробно...
18 июля 2017, 10:07
О награждении Т.Г.Мамедова «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
17 июля 2017, 10:07
О 100-летнем юбилее академика Гасана Абдуллаева подробно...
17 июля 2017, 10:07
О мерах по строительству автомобильной дороги Имишли-Отузики-Гарагашлы Имишлинского района подробно...