“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1076-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1076-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 2018-ci il .
15 мая 2018, 08:052 мая 2019, 08:05
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Агстафа-Енигюн-Хатаи-Гачаг Керем-Пойлу-Хылхына Агстафинского района подробно...
30 апреля 2019, 08:04
Распоряжение Президента Азербайджанской Республики О награждении медалью «Терегги» членов команды Телевизионного клуба «Что? Где? Когда?» подробно...
19 апреля 2019, 08:04
Распоряжение Президента Азербайджанской Республики О награждении В.А.Алиева орденом «За службу Отечеству» 1-й степени подробно...
19 апреля 2019, 08:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по продолжению работ по реконструкции автомобильных дорог на территории Сабаильского района города Баку подробно...
19 апреля 2019, 08:04
Распоряжение Президента Азербайджанской Республики О награждении М.М.Халилова орденом «Шохрат» подробно...
18 апреля 2019, 08:04
Распоряжение Президента Азербайджанской Республики О продолжении мер по развитию азербайджанских театров подробно...
18 апреля 2019, 08:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Джибир-Хазра-Муджуг-Судур Гусарского района подробно...
18 апреля 2019, 08:04
Распоряжение Президента Азербайджанской Республики О награждении В.И.Исаева орденом «За службу Отечеству» 2-й степени подробно...
18 апреля 2019, 08:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по реконструкции систем водоснабжения и канализации города Ширван подробно...
18 апреля 2019, 08:04
Распоряжение Президента Азербайджанской Республики О досрочном прекращении полномочий судьи Сумгайытского городского суда И.М.Махмудова подробно...