“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1121-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1121-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2018-ci il.
14 мая 2018, 08:053 октября 2016, 09:10
О вопросах сотрудничества между Европейским Парламентом и Милли Меджлисом Азербайджанской Республики подробно...
28 сентября 2016, 09:09
О дополнительных мерах, связанных с продолжением работ по замене кровельных покрытий многоквартирных зданий в городе Сумгайыт и капитальному ремонту городских автомобильных дорог подробно...
28 сентября 2016, 09:09
Участникам Второй Азербайджанской международной оборонной выставки подробно...
27 сентября 2016, 09:09
О создании юридического лица публичного права «ABAD» в подчинении Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики подробно...
23 сентября 2016, 10:09
О награждении орденом «Шохрат» А.А.Пашаева подробно...
23 сентября 2016, 10:09
О присвоении почетных званий членам Азербайджанского государственного ансамбля песни и танца имени Фикрета Амирова подробно...
23 сентября 2016, 10:09
О предоставлении И.Дж.Джавадову персональной пенсии Президента Азербайджанской Республики подробно...
23 сентября 2016, 10:09
О мерах по замене и ремонту кровельных покрытий многоквартирных зданий в городе Мингячевир подробно...
22 сентября 2016, 09:09
О создании единой базы данных товаров, производимых в Азербайджанской Республике подробно...
22 сентября 2016, 09:09
О награждении И.А.Закиева «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...