Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 348 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 noyabr tarixli 3428 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 846; 2003, № 2, maddə 81; 2005, № 3, maddə 160; 2008, № 7, maddə 615; 2011, № 7, maddələr 636, 640, № 10, maddə 904; 2013, № 6, maddə 644; 2014, № 12, maddə 1581; 2017, № 6, maddə 1077) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 5.3-cü bəndinin on birinci abzasından və 5.6-cı bəndinin ikinci cümləsindən “(Fondun İcraçı direktoru istisna olmaqla)” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2018-ci il.
8 мая 2018, 08:0530 мая 2014, 09:05
О мерах по строительству автомобильной дороги Шоркенд-Бешталы-Банкя-Ширванлы Нефтчалинского района подробно...
29 мая 2014, 13:05
Ограничена возможность получения российского гражданства подробно...
29 мая 2014, 09:05
О присуждении Государственных премий Азербайджанской Республики в области науки, культуры и литературы за 2014 год подробно...
27 мая 2014, 13:05
Счётная палата проведёт проверку Министерства налогов подробно...
27 мая 2014, 12:05
Паромный терминал Бакинского торгового порта будет перенесён в Алят за летние месяцы подробно...
27 мая 2014, 09:05
О помиловании ряда осужденных лиц подробно...
26 мая 2014, 16:05
IOTA меняет формат деятельности подробно...
26 мая 2014, 12:05
Азербайджан и OECD договорились о взаимной административной помощи по налоговым вопросам подробно...
26 мая 2014, 11:05
Главы МИД Азербайджана, Турции и Туркменистана встретятся сегодня в Баку подробно...
26 мая 2014, 10:05
О награждении орденом «Шохрат» И.Д.Абасова подробно...