“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1059-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1059-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il.

7 мая 2018, 08:05

http://www.azertag.az

1681—1690 из 3607

30 октября 2017, 05:10

О награждении М.Дж.Гасымлы орденом «Шохрат»   подробно...

30 октября 2017, 05:10

О награждении Р.Дж.Абдуллаева орденом «Истиглал»   подробно...

27 октября 2017, 05:10

О дополнительных мерах по обеспечению потребителей водоизмерительными приборами   подробно...

26 октября 2017, 09:10

О мерах по строительству автомобильной дороги Делимамедли-Муздурлар-Гырыглы Геранбойского района   подробно...

25 октября 2017, 09:10

О проведении 135-летнего юбилея великого азербайджанского поэта и драматурга Гусейна Джавида   подробно...

25 октября 2017, 09:10

О дополнительных мерах по продолжению проекта реконструкции систем водоснабжения и канализации города Лянкяран   подробно...

24 октября 2017, 09:10

О мерах по строительству автомобильной дороги Шеки-Киш города Шеки   подробно...

20 октября 2017, 09:10

О присвоении Х.Т.Оруджеву высшего воинского звания генерал-майора   подробно...

23 октября 2017, 09:10

О награждении азербайджанских энергетиков медалью «Терегги»   подробно...

23 октября 2017, 09:10

О присвоении почетных званий группе энергетиков Азербайджана   подробно...