“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1052-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1052-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə uyğun olaraq, bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi qaydasını iki ay müddətində müəyyən etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2018-ci il.
7 мая 2018, 08:056 марта 2020, 08:03
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству нового здания общеобразовательной школы в городе Шамкир подробно...
6 марта 2020, 08:03
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Алирзалы-Хан Гервенд-Сафикюрд-Тап Гарагоюнлу Геранбойского района подробно...
6 марта 2020, 08:03
Распоряжение Президента Азербайджанской Республики О награждении азербайджанских женщин медалью «Терегги» подробно...
6 марта 2020, 08:03
Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий азербайджанским женщинам подробно...
6 марта 2020, 08:03
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству нового здания общеобразовательной школы в городе Делимамедли Геранбойского района подробно...
5 марта 2020, 07:03
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Агстафинском районе оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
5 марта 2020, 07:03
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Эйюблу-Аран-Говлар–Ашагы Гушчу–Коханаби в Товузском районе подробно...
5 марта 2020, 07:03
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Товузском районе оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
4 марта 2020, 08:03
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по газификации населенных пунктов в Агстафинском, Гядабейском, Шамкирском и Товузском районах подробно...
4 марта 2020, 08:03
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Геранбойском районе оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...