“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 1997) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.3-cü maddənin birinci cümləsinə “12.3-cü maddəsində nəzərdə tutulmuş” sözlərindən sonra “neqativ məlumatları təqdim edən” sözləri əlavə edilsin.
2. 12-ci maddə üzrə:
2.1. 12.4.1-ci maddədə “12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda” sözləri “12.2.5-ci maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda məlumatların, 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən” sözləri ilə əvəz edilsin;
2.2. 12.5-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu Qanunun 12.1-ci və 12.2-ci (12.2.5-ci maddəsi istisna olmaqla) maddələrində nəzərdə tutulmuş məlumat təchizatçıları kredit tarixçəsinin subyekti barədə neqativ və pozitiv məlumatları onun razılığını almaqla (bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda istisna olmaqla) kredit bürosuna təqdim edirlər.”.
3. 13-cü maddə üzrə:
3.1. 13.3.1-ci maddədə “alınmasına” sözü “alınması və bu Qanunun 23.3-1-ci maddəsində nəzərdə tutulmuş halda” sözləri ilə əvəz edilsin;
3.2. 13.2.3-cü maddədə “müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada” sözləri “icraatlarında olan işlərlə əlaqədar” sözləri ilə, “müqavilələrin” sözü “müqavilələrinin” sözü ilə əvəz edilsin.
4. 14-cü maddə üzrə:
4.1. 14.0.1-ci maddədə “12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda” sözləri “12.2.5-ci maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda məlumatların, 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən” sözləri ilə əvəz edilsin;
4.2. 14.0.2-ci maddəyə ikinci halda “alınmasına” sözündən sonra “və bu Qanunun 23.3-1-ci maddəsində nəzərdə tutulmuş halda” sözləri əlavə edilsin.
5. 15-ci maddə üzrə:
5.1. 15.5-ci maddədə “maddələrinə” sözü “maddələrində” sözü ilə əvəz edilsin;
5.2. 15.7-ci maddədən “(o cümlədən bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda)” sözləri çıxarılsın.
6. 16.1-ci maddə üzrə:
6.1. 16.1.5-ci maddədə “gündən” sözü “günündən” sözü ilə əvəz edilsin;
6.2. 16.1.10-cu maddədə “müqavilələrdən” sözü “müqavilələrindən” sözü ilə əvəz edilsin.
7. 21-ci maddə üzrə:
7.1. 21.1-ci maddənin ikinci cümləsi çıxarılsın;
7.2. 21.4-cü maddəyə “nəzarət orqanı” sözlərindən sonra “, notariuslar” sözü əlavə edilsin.
8. 22.5-ci maddədə “düzgün olmayan məlumatı kredit bürosuna təqdim etdikdə və ya həmin məlumatı vaxtında yeniləmədikdə” sözləri “aidiyyəti məlumatı vaxtında yeniləmədikdə və ya düzgün olmayan məlumatı kredit bürosuna təqdim etdikdə” sözləri ilə əvəz edilsin.
9. 23-cü maddə üzrə:
9.1. 23.1-ci maddədə “iki” sözü “üç” sözü ilə əvəz edilsin;
9.2. 23.2-ci maddədən “neqativ” sözü çıxarılsın;
9.3. 23.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“23.3. Mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi aşağıdakı qaydada dayandırılır:
23.3.1. məlumat istifadəçilərinə – 2018-ci il aprelin 1-dən;
23.3.2. kredit bürolarına – bu Qanunun 23.1-ci maddəsində göstərilmiş müddət bitdiyi gündən (müvafiq icra hakimiyyəti orqanının qərarı ilə kredit bürolarına məlumatın verilməsi bərpa edilir və yenidən dayandırılır).”;
9.4. aşağıdakı məzmunda 23.3-1-ci maddə əlavə edilsin:
“23.3-1. Kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2018-ci il.
7 мая 2018, 08:0515 января 2014, 08:01
Распоряжение Президента Азербайджанской Республики О создании Университета «АДА» подробно...
15 января 2014, 08:01
Распоряжение Президента Азербайджанской Республики О проведении 90-летнего юбилея Нахчыванской Автономной Республики подробно...
14 января 2014, 09:01
Университет АДА учреждён в Азербайджане подробно...
14 января 2014, 09:01
Министерство туризма вносит новые пункты в проект закона «О туризме» подробно...
14 января 2014, 09:01
Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Шохрат» подробно...
13 января 2014, 15:01
Эксперт: жилые объекты формируют цены на недвижимость в Баку подробно...
13 января 2014, 14:01
Советник президента Академии наук провёл переговоры с руководством ABC подробно...
13 января 2014, 09:01
Распоряжение Президента Азербайджанской Республики Об объявлении 2014 года в Азербайджанской Республике «Годом промышленности» подробно...
13 января 2014, 09:01
Распоряжение Президента Азербайджанской Республики О материально-техническом обеспечении нового здания Музея азербайджанского ковра подробно...
29 декабря 2013, 09:12
О съемках многосерийного телевизионного художественного фильма по дастанам «Деде Горгуд» подробно...