“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1014-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1014-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan tikinti obyektlərinin tikintisinə və yenidən qurulmasına dair layihələrə münasibətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, digər hallarda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
4. Bu Fərmanın 3-cü hissəsi 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2018-ci il.
1 мая 2018, 08:0519 декабря 2014, 09:12
О награждении орденом «Шараф» А.Ш.Мехдиева подробно...
19 декабря 2014, 09:12
О награждении орденом «Шохрат» Э.А.Мамедова подробно...
19 декабря 2014, 09:12
О создании Государственной службы по охране, развитию и восстановлению культурного наследия при Министерстве культуры и туризма Азербайджанской Республики подробно...
19 декабря 2014, 09:12
О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики подробно...
19 декабря 2014, 09:12
О предоставлении персональных пенсий Президента Азербайджанской Республики подробно...
18 декабря 2014, 09:12
Об успешном участии футбольного клуба «Карабах» в Евролиге подробно...
18 декабря 2014, 09:12
Эмиру Государства Катар Его величеству шейху Тамиму бен Хамаду Аль Тани подробно...
18 декабря 2014, 09:12
О награждении победителей конкурса «Лучший учитель», проведенного в 2013/2014 учебном году подробно...
18 декабря 2014, 09:12
О награждении победителей конкурса «Лучшая общеобразовательная школа», проведенного в 2013/2014 учебном году подробно...
18 декабря 2014, 09:12
Президенту Исламской Республики Пакистан Его превосходительству господину Мамнуну Хусейну подробно...