“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 8; 2001, № 12, maddə 736; 2003, № 1, maddə 7; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 560; 2009, № 2, maddələr 49, 55; 2011, № 4, maddə 257; 2013, № 11, maddə 1290; 2014, № 11, maddə 1365; 2015, № 11, maddə 1252; 2017, № 5, maddələr 718, 747) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddə üzrə:
1.1.1. birinci hissənin dördüncü abzası yeni redaksiyada verilsin:
“yeyinti məhsullarının minimum keyfiyyəti – yeyinti məhsullarının insanların istifadəsinə yararlı olmasına zəmanət verən orqanaleptik, fiziki və (və ya) kimyəvi xüsusiyyətləri;”;
1.1.2. birinci hissənin beşinci abzasından “texniki,” və “standartlara,” sözləri çıxarılsın;
1.1.3. birinci hissənin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on ikinci və on üçüncü abzaslar əlavə edilsin:
“qida zənciri – qida məhsullarının tarladan–süfrəyədək prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi mərhələlərinin məcmusu;
qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər – qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən dövlət orqanları (qurumları), bələdiyyələr, hüquqi və fiziki şəxslər.”;
1.2. 2-ci maddənin ikinci və üçüncü hissələrində, 18-ci maddənin yeddinci abzasında, 20-ci maddənin ikinci hissəsinin beşinci abzasında “məhsullarının” sözündən sonra “minimum” sözü, II fəslin adında “MƏHSULLARININ” sözündən sonra “MİNİMUM” sözü əlavə edilsin;
1.3. 4-cü maddə üzrə:
1.3.1. adında, birinci, ikinci və beşinci abzaslarda “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin;
1.3.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
“qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət qeydiyyatı;”;
1.4. 5-ci maddə üzrə:
1.4.1. adında “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin;
1.4.2. birinci hissədə “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin, həmin hissədən “texniki” sözü çıxarılsın və həmin hissədə “standartlar və tələblər” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilsin;
1.4.3. ikinci və üçüncü hissələr müvafiq olaraq üçüncü və dördüncü hissələr hesab edilsin və aşağıdakı redaksiyada ikinci hissə əlavə edilsin;
“Qida məhsullarının təhlükəsizliyinə dair sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanması və təsdiqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.”;
1.4.4. üçüncü hissədə “Qida məhsullarında istifadə olunan xammala, onların” sözləri “Qida məhsullarının” sözləri ilə, “standartlar və tələblər” sözləri “dair texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə və “ixtisaslaşdırılmış təşkilatlar” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin;
1.4.5. dördüncü hissədə “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin, “sahəsində standartların və tələblərin” sözləri “məqsədilə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin” sözləri ilə əvəz edilsin;
1.5. 6-cı maddə üzrə:
1.5.1. birinci hissə yeni redaksiyada verilsin:
“Xarici ölkələrə ixrac edilən qida məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən idxalçı ölkələrin tələbləri də nəzərə alınmaqla qida təhlükəsizliyi sertifikatı verilir.”;
1.5.2. ikinci, üçüncü, dördüncü hissələr müvafiq olaraq dördüncü, beşinci və altıncı hissələr hesab edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:
“İdxalçı ölkələr qida məhsuluna, onun xammalına dair qida təhlükəsizliyi sertifikatının və (və ya) digər sertifikatların (baytarlıq, fitosanitar və s.) alınmasını tələb etdiyi halda, həmin sertifikatların verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
Azərbaycan Respublikasına idxal olunan qida məhsulları qanunvericiliyə uyğun olaraq tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur.”;
1.5.3. dördüncü hissədə “sertifikatların” sözü “qida təhlükəsizliyi sertifikatının” sözləri ilə əvəz edilsin;
1.5.4. beşinci hissə ləğv edilsin;
1.5.5. beşinci hissədə “Sertifikatın (şəhadətnamənin)” sözləri “Qida təhlükəsizliyi sertifikatının” sözləri ilə əvəz edilsin;
1.5.6. aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
“Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”;
1.6. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 7. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı
7.1. Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir.”.
7.2. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
7.3. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.
7.4. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”;
1.7. 8-ci maddə üzrə:
1.7.1. adında “keyfiyyətinə” sözündən əvvəl “minimum” sözü əlavə edilsin;
1.7.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Yeyinti məhsullarının istehsalı, ticarəti, tədarükü, saxlanması, idxalı, ixracı və daşınması zamanı onun minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”;
1.7.3. ikinci hissədə “keyfiyyətinin” sözündən əvvəl “minimum” sözü əlavə edilsin və “sahəsində standartlara və tələblərə” sözləri “ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;
1.7.4. üçüncü hissədə “keyfiyyətinin” sözündən əvvəl “minimum” sözü əlavə edilsin və “sahəsində standartlar və tələblərə” sözləri “ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;
1.7.5. dördüncü hissədə “keyfiyyətinin” sözündən əvvəl “minimum” sözü əlavə edilsin və “sahəsində standartlar və tələblərə” sözləri “ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;
1.8. 9-cu maddə üzrə:
1.8.1. birinci hissənin üçüncü abzasında “gigiyenik ekspertizası” sözləri “qida təhlükəsizliyi ekspertizası” sözləri ilə əvəz edilsin;
1.8.2. ikinci hissədə “standartlar və tələblərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;
1.8.3. üçüncü hissə yeni redaksiyada verilsin:
“Yeyinti məhsullarının istehsalında istifadə edilən bitki və heyvan mənşəli xammalın və qida əlavələrinin, tamlı maddələrin, köməkçi emal maddələrinin tərkibində kimyəvi və dərman maddələrinin, bioloji, mikrobioloji və digər preparatların qida təhlükəsizliyi göstəriciləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunur.”;
1.8.4. yeddinci hissə yeni redaksiyada verilsin:
“Yeni növ qida məhsulları istehsalata hazırlanarkən onların tərkibi, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, insan orqanizmi üçün təhlükəsizliyi və yararlılıq müddəti, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu müəyyən olunur, bu göstəricilər məhsulun normativ sənədlərinə daxil edilir və müvafiq qaydada dövlət reyestrində qeydiyyata alınır.”;
1.9. 11-ci maddə üzrə:
1.9.1. birinci hissədə “onların keyfiyyətinin” sözləri “onların minimum keyfiyyətinin və təhlükəsizliyinin” sözləri ilə əvəz edilsin;
1.9.2. ikinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Yeyinti məhsuluna “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsi zamanı texniki reqlamentlərdə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulan tələblər yerinə yetirilməlidir.”;
1.9.3. üçüncü hissə yeni redaksiyada verilsin:
“Yeyinti məhsullarının istehsalçıları istehsal etdikləri məhsulları texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq qablaşdırmalı və etiketləşdirməlidirlər. Etiketdə məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”;
1.10. 12-ci maddənin mətnində “müvafiq normativ sənədlərə uyğun olaraq standartlar və tələblərə” sözləri “texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;
1.11. 13-cü maddə üzrə:
1.11.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qeydiyyata alınmış subyektlər tərəfindən istehsal edilmiş yeyinti məhsulları satışa çıxarıla bilər.”;
1.11.2. ikinci və üçüncü hissələrdə “standartlara və tələblərə” sözləri “texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;
1.11.3. dördüncü hissədə “və gigiyenik sertifikatları” sözləri “sertifikatı” sözü ilə əvəz edilsin;
1.12. 14-cü maddə üzrə:
1.12.1. birinci hissədə “milli sertifikatlaşdırma sisteminin tələbləri və qaydaları” sözləri “texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri” sözləri ilə əvəz edilsin;
1.12.2. ikinci hissənin birinci cümləsindən “dövlət gigiyena qeydiyyatına alınmış,” sözləri çıxarılsın və həmin cümlədə “yeyinti məhsulları” sözlərindən sonra “dövlət qeydiyyatına alınmış subyektlər tərəfindən” sözləri əlavə edilsin;
1.12.3. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
1.12.4. “Yeyinti məhsullarının ixracı zamanı əlavə olaraq idxalçı ölkədə qüvvədə olan qida təhlükəsizliyi sahəsində müvafiq normativ aktların tələbləri tətbiq edilir.”;
1.12.5. dördüncü hissədə “göstərilən” sözündən sonra “minimum” sözü əlavə edilsin;
1.13. 16-cı maddə üzrə:
1.13.1. birinci hissədə “Standartlara və tələblərə cavab verməyən” sözləri “İstifadəyə yararsız” sözləri ilə əvəz edilsin;
1.13.2. ikinci–yeddinci hissələr müvafiq olaraq üçüncü-səkkizinci hissələr hesab edilsin və aşağıdakı redaksiyada ikinci hissə əlavə edilsin:
“Aşağıdakılardan hər hansı birinə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur:
qida təhlükəsizliyi sahəsində müvafiq texniki normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən;
üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən;
mənşəyi məlum olmayan, saxtalaşdırılmış;
üzərində saxlanma müddəti göstərilməyən və ya saxlama müddəti ötmüş;
markalanmasına dair məcburi tələblərə cavab verməyən.”;
1.13.3. üçüncü hissədə “bu sahədə dövlət nəzarəti funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;
1.13.4. dördüncü hissədə “müayinəsi və ekspertizasından” sözləri “ekspertizadan və laboratoriya müayinəsindən” sözləri ilə əvəz edilsin;
1.14. 21-ci maddə üzrə:
1.14.1. 21-ci maddənin birinci abzasında “hüquqi və fiziki şəxslər” sözləri “qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər” sözləri ilə əvəz edilsin;
1.14.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
“yeyinti məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyi sahəsində texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərini pozduqda;”;
1.14.3. səkkizinci abzasda “dövlət gigiyena qeydiyyatından keçməmiş” sözləri “dövlət qeydiyyatından keçməmiş subyektlər tərəfindən” sözləri ilə əvəz edilsin;
1.14.4. onuncu abzas aşağıdakı redaksiyada verilsin:
“yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yazılı tələblərini və qərarlarını yerinə yetirmədikdə;”;
1.15. 22-ci maddədə “Hüquqi və fiziki şəxslər” sözləri “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər” sözləri ilə əvəz edilsin;
1.16. 23-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, istehsalı, satışı və istifadəsi ilə bağlı mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.”.
Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2018-ci il.
1 мая 2018, 08:056 сентября 2021, 17:09
Распоряжение Президента Азербайджанской Республики О награждении членов Национальной паралимпийской команды Азербайджана «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
6 сентября 2021, 17:09
Распоряжение Президента Азербайджанской Республики Об установлении вознаграждения для спортсменов с инвалидностью Азербайджанской Республики и их тренеров за самые высокие результаты на XVI Летних Паралимпийских играх в городе Токио Японии подробно...
6 сентября 2021, 17:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Агдашском, Агсуинском, Исмаиллинском, Габалинском, Гобустанском, Огузском и Шамахинском районах оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
6 сентября 2021, 17:09
Распоряжение Президента Азербайджанской Республики О награждении руководства Национального паралимпийского комитета Азербайджана подробно...
3 сентября 2021, 20:09
Распоряжение Президента Азербайджанской Республики О призыве с 1 по 30 октября 2021 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
2 сентября 2021, 18:09
Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Вооруженных сил Азербайджанской Республики подробно...
27 августа 2021, 18:08
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Сабунчинского района города Баку подробно...
27 августа 2021, 18:08
Распоряжение Президента Азербайджанской Республики О награждении А.Г.Гумбатова орденом «За службу Отечеству» 3-й степени подробно...
25 августа 2021, 16:08
Распоряжение Президента Азербайджанской Республики Об улучшении социально-бытовых условий Героев Отечественной войны Азербайджанской Республики и членов их семей подробно...
23 августа 2021, 16:08
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Ясамальского района города Баку подробно...