Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 80, № 3, maddə 235; 2007, № 9, maddə 870; 2008, № 11, maddə 970; 2009, № 5, maddə 323; 2011, № 2, maddə 85; 2012, № 3, maddə 198; 2016, № 5, maddə 863, № 7, maddə 1263; 2017, № 5, maddə 828) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 8.6-cı yarımbəndində “müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə” sözləri “lisenziya, icazə və ya digər” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2018-ci il.

24 апреля 2018, 08:04

http://www.azertag.az

3141—3150 из 3607

10 июля 2014, 09:07

О награждении орденом «Шараф» З.И.Гаралова   подробно...

10 июля 2014, 10:07

О назначении Ф.Р.Шафиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Чешской Республике   подробно...

10 июля 2014, 09:07

Об отзыве Т.Т.Тагизаде с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Чешской Республике   подробно...

9 июля 2014, 17:07

Абульфас Гараев: Отели не готовы принять 5 млн. туристов   подробно...

9 июля 2014, 11:07

Университет ADA: свой Сенат, Опекунский совет, экспериментальные детсады и школы   подробно...

9 июля 2014, 09:07

Об утверждении «Устава Университета «АДА»   подробно...

9 июля 2014, 09:07

О назначении Х.М.Пашаева ректором Университета «АДА»   подробно...

9 июля 2014, 09:07

О проведении 100-летнего юбилея Гылмана Илькина   подробно...

9 июля 2014, 09:07

О дополнительных мерах по строительству автомобильной дороги Джаирли-Гызылагадж-Еникенд Гейчайского района   подробно...

9 июля 2014, 09:07

О присвоении Ф.Н.Азизову почетного звания «Заслуженный государственный служащий»   подробно...