“Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanını “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddələr 614, 625; 2005, № 8, maddə 715; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2010, № 2, maddə 86; 2014, № 12, maddə 1558; 2015, № 9, maddə 1019) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı haqqında Əsasnamə” üzrə:

1.1. 4.3-cü bənddə “elmi təşkilatların və” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilsin;

1.2. 4.9-cu bənddə “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və təşkilatlar, habelə” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında Əsasnamə” üzrə:

2.1. 4.3-cü bənddə “elmi təşkilatların və” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilsin;

2.2. 4.9-cu bənddə “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və təşkilatlar, habelə” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ağgöl Milli Parkı haqqında Əsasnamə” üzrə:

3.1. 4.3-cü bənddə “elmi təşkilatların və” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilsin;

3.2. 4.9-cu bənddə “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və təşkilatlar, habelə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2018-ci il.

24 апреля 2018, 08:04

http://www.azertag.az

3231—3240 из 3607

30 мая 2014, 09:05

О мерах по строительству автомобильной дороги Шоркенд-Бешталы-Банкя-Ширванлы Нефтчалинского района   подробно...

29 мая 2014, 13:05

Ограничена возможность получения российского гражданства   подробно...

29 мая 2014, 09:05

О присуждении Государственных премий Азербайджанской Республики в области науки, культуры и литературы за 2014 год   подробно...

27 мая 2014, 13:05

Счётная палата проведёт проверку Министерства налогов   подробно...

27 мая 2014, 12:05

Паромный терминал Бакинского торгового порта будет перенесён в Алят за летние месяцы   подробно...

27 мая 2014, 09:05

О помиловании ряда осужденных лиц   подробно...

26 мая 2014, 16:05

IOTA меняет формат деятельности   подробно...

26 мая 2014, 12:05

Азербайджан и OECD договорились о взаимной административной помощи по налоговым вопросам   подробно...

26 мая 2014, 11:05

Главы МИД Азербайджана, Турции и Туркменистана встретятся сегодня в Баку   подробно...

26 мая 2014, 10:05

О награждении орденом «Шохрат» И.Д.Абасова   подробно...