Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”ni “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 911; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2014, № 12, maddə 1559; 2015, № 9, maddə 1020) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3-cü bənddə “elmi təşkilatların və” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilsin.

2. 4.9-cu bənddə “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və təşkilatlar, habelə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2018-ci il.

24 апреля 2018, 08:04

http://www.azertag.az

3441—3450 из 3607

11 марта 2014, 09:03

О создании Министерства связи и высоких технологий Азербайджанской Республики   подробно...

11 марта 2014, 09:03

О назначении А.М.Аббасова министром связи и высоких технологий Азербайджанской Республики   подробно...

11 марта 2014, 09:03

О награждении военнослужащих Внутренних войск Министерства внутренних дел Азербайджанской Республики   подробно...

11 марта 2014, 09:03

О присвоении почетных званий театральным деятелям Азербайджанской Республики   подробно...

11 марта 2014, 09:03

О назначении Ю.А.Юсибова ректором Гянджинского государственного университета   подробно...

7 марта 2014, 15:03

В Азербайджане будет увеличено покрытие по обязательному автомобильному страхованию   подробно...

7 марта 2014, 14:03

Страховой надзор: азербайджанские страховщики нуждаются в местной рейтинговой компании   подробно...

7 марта 2014, 09:03

О присвоении почетных званий группе женщин Азербайджана   подробно...

7 марта 2014, 09:03

О награждении группы женщин Азербайджана   подробно...

7 марта 2014, 09:03

О назначении Э.Б.Гусейнова ректором Сумгайытского государственного университета   подробно...