Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”ni “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 911; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2014, № 12, maddə 1559; 2015, № 9, maddə 1020) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 4.3-cü bənddə “elmi təşkilatların və” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilsin.
2. 4.9-cu bənddə “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və təşkilatlar, habelə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2018-ci il.
24 апреля 2018, 08:0410 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Галагайын-Османлы-Гель Бешдели-Залгараагач-Гель Агамамедли-Азадкенд-Муган Гянджали Сабирабадского района подробно...
6 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Тертер-Сейдимли-Гарадаглы-Саров Тертерского района подробно...
4 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Гёйляр-Гушчу Шамахинского района подробно...
3 июля 2017, 09:07
О назначении судей Сумгайытского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении судей Гянджинского апелляционного суда подробно...
3 июля 2017, 09:07
Об освобождении И.А.Мехдиева от должности главы Исполнительной власти Ясамальского района города Баку подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Шекинского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Ширванского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Бакинского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Верховного суда Азербайджанской Республики подробно...