Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 19 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şahdağ Milli Parkı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 19 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şahdağ Milli Parkı haqqında Əsasnamə”ni “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 19 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 975; 2011, № 2, maddə 85; 2014, № 12, maddə 1562) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şahdağ Milli Parkı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3-cü bənddə “elmi təşkilatların və” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilsin.

2. 4.9-cu bənddə “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və təşkilatlar, habelə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2018-ci il.

24 апреля 2018, 08:04

http://www.azertag.az

3071—3080 из 3607

19 августа 2014, 15:08

Льготы и доплаты введены для молодых сельских педагогов   подробно...

19 августа 2014, 09:08

Совет старейшин создан при Бакинском управлении образования   подробно...

19 августа 2014, 09:08

О финансировании строительства автомобильной дороги Далгалы-Набрань-Тель на территории Хачмазского района   подробно...

18 августа 2014, 13:08

Правительственный мониторинг: повышения потребительских цен в Азербайджане нет   подробно...

18 августа 2014, 09:08

О награждении военнослужащих Государственной пограничной службы Азербайджанской Республики   подробно...

18 августа 2014, 09:08

О присвоении Э.З.Ибрагимову почетного звания «Заслуженный юрист»   подробно...

18 августа 2014, 09:08

О присвоении В.А.Рзагулиеву почетного звания «Заслуженный инженер»   подробно...

18 августа 2014, 09:08

О присвоении Р.Г.Садигову воинского звания генерал-лейтенанта   подробно...

18 августа 2014, 09:08

О присвоении А.М.Джебраилову воинского звания генерал-лейтенанта   подробно...

18 августа 2014, 09:08

О присвоении Э.И.Гулиеву воинского звания генерал-полковника   подробно...