Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”ni “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram: 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 657; 2015, № 9, maddə 1023) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3-cü bənddə “elmi təşkilatların və” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilsin.

2. 4.9-cu bəndin ikinci cümləsində “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və təşkilatlar, habelə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2018-ci il.

24 апреля 2018, 08:04

http://www.azertag.az

3211—3220 из 3607

9 июня 2014, 13:06

UNICEF и Азербайджан приняли план на 2014–2015 годы   подробно...

9 июня 2014, 09:06

О дополнительных мерах по развитию животноводства в Азербайджанской Республике   подробно...

9 июня 2014, 09:06

О дополнительных мерах по строительству автомобильной дороги Хокмали-Гобу-Локбатан-Гюздек-Пута Абшеронского района   подробно...

6 июня 2014, 15:06

ЕС помогает Азербайджану интегрироваться в Европейское пространство высшего образования   подробно...

6 июня 2014, 14:06

Министр образования Азербайджана проведёт тренинги для учителей общеобразовательных школ   подробно...

6 июня 2014, 09:06

О награждении орденом «Истиглал» В.С.Векилова   подробно...

5 июня 2014, 15:06

О присвоении почетного звания «Заслуженный инженер» работникам водного хозяйства и мелиорации   подробно...

5 июня 2014, 15:06

О награждении медалью «Терегги» работников водного хозяйства и мелиорации   подробно...

5 июня 2014, 09:06

О дополнительной поддержке обеспечению производителей сельскохозяйственной продукции сельскохозяйственной техникой   подробно...

4 июня 2014, 09:06

О награждении орденом «Шохрат» Ш.М.Юсуповой   подробно...