“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1017-VQD nömrəli Qanununun tətbiqi barədə 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1017-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan müvafiq icra hakimiyyəti orqanı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2018-ci il.

24 апреля 2018, 08:04

http://www.azertag.az

3171—3180 из 3607

30 июня 2014, 09:06

О присвоении Р.К.Теймурову дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса   подробно...

30 июня 2014, 09:06

О назначении А.Ф.Салманова почетным консулом Азербайджанской Республики в городе Харьков Украины   подробно...

27 июня 2014, 16:06

Азербайджан откроет посольство в Алжире   подробно...

27 июня 2014, 16:06

Назначен новый заместитель министра сельского хозяйства Азербайджана   подробно...

27 июня 2014, 09:06

О награждении военнослужащих и гражданских работников Вооруженных сил Азербайджанской Республики   подробно...

27 июня 2014, 09:06

О награждении государственных служащих   подробно...

27 июня 2014, 09:06

О проведении 90-летнего юбилея Наби Хазри   подробно...

27 июня 2014, 09:06

О присвоении почетных званий военнослужащим и гражданским работникам Вооруженных сил Азербайджанской Республики   подробно...

27 июня 2014, 09:06

О предоставлении Н.Ш.Сеидзаде персональной пенсии Президента Азербайджанской Республики   подробно...

27 июня 2014, 09:06

О присвоении высших воинских званий военнослужащим Вооруженных сил Азербайджанской Республики   подробно...