Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 noyabr tarixli 816-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; 2018, № 2, maddə 189; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1899 nömrəli və 5 aprel tarixli 1911 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.6.1.2-ci yarımbəndinə “ömürlük azadlıqdan məhrum etmə,” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2018-ci il.
20 апреля 2018, 08:0417 июля 2014, 09:07
О проведении 100-летнего юбилея академика Валиды Тутаюг подробно...
17 июля 2014, 09:07
О награждении Р.Г.Алиева орденом «Истиглал» подробно...
17 июля 2014, 09:07
О мерах по усовершенствованию выездных услуг, оказываемых Государственным агентством по услугам гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики подробно...
17 июля 2014, 09:07
О награждении Т.М.Зейналова орденом «Шохрат» подробно...
16 июля 2014, 17:07
Президент Алиев открыл первую солнечную электростанцию в Азербайджане подробно...
16 июля 2014, 12:07
С 1 ноября Азербайджан вводит таможенное декларирование при экспорте товаров подробно...
15 июля 2014, 17:07
«Бакинский метрополитен» получил уставный капитал в 1,77 млрд. манатов подробно...
15 июля 2014, 15:07
В Азербайджане подготовлены Национальные квалификационные рамки подробно...
15 июля 2014, 13:07
Азербайджан усовершенствует систему прогнозирования рынка труда подробно...
14 июля 2014, 15:07
Правительство Азербайджана, BP и SOCAR готовят план действий по развитию рынка труда подробно...