“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 414; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 64; 2009, № 12, maddə 951; 2012, № 7, maddə 644; 2013, № 3, maddə 211, № 12, maddə 1481) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin beşinci abzasında, 7-ci maddənin 3-cü hissəsinin ikinci abzasında, 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddənin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddənin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddənin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddənin üçüncü abzasında, 15-ci maddənin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddənin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddənin 3-cü hissəsində, 19-cu maddənin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddənin 2.7-ci bəndinin ikinci abzasında, 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddənin 1-ci (hər iki halda) və 3-cü hissələrində, 27-ci maddənin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında (hər iki halda) və 8-ci hissəsinin ikinci abzasında, 28-ci maddənin 1-ci və 2-ci hissələrinin birinci abzaslarında, 3-cü hissəsinin birinci abzasının birinci (hər iki halda) və ikinci cümlələrində, ikinci abzasının ikinci cümləsində, 4-cü, 5-ci hissələrində, 6-cı hissəsinin ikinci abzasında, 7-ci hissəsinin birinci abzasının birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 29-cu maddənin 1-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci və dördüncü abzaslarında, 10-cu hissəsinin birinci və ikinci abzaslarında, 30-cu maddənin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddənin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddənin 1-ci hissəsinin birinci və dördüncü abzaslarında, 35-ci maddənin 1-ci hissəsində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddənin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 41-ci maddənin birinci, ikinci və üçüncü abzaslarında ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum” sözləri ilə əvəz edilsin.

2. 4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“4.2. Dövlətin bu Qanunun 4.1.3-cü, 4.1.4-cü və 4.1.7-ci maddələrində nəzərdə tutulmuş vəzifələrini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirir.”.

3. 6-cı maddənin 1-ci hissəsinin ikinci abzasına “müvafiq icra hakimiyyəti orqanında, ” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda, ” sözləri əlavə edilsin.

4. 15-ci maddənin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddənin 2-ci hissəsinin birinci abzasının ikinci cümləsində, 32-ci maddənin 1-ci hissəsinin birinci abzasında, 2-ci və 4-cü hissələrində, 35-ci maddənin 2-ci hissəsinin ikinci abzasında, 36-cı maddənin 1-ci hissəsinin üçüncü abzasında, 38-ci maddənin 3-cü hissəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində ismin müvafiq hallarında “rüsum” sözü ismin müvafiq hallarında “haqq” sözü ilə əvəz edilsin.

5. 17-ci maddənin 2-ci hissəsində və 38-ci maddənin 3-cü hissəsinin birinci cümləsində ismin müvafiq hallarında “dövlət rüsumu” sözləri ismin müvafiq hallarında “haqq” sözü ilə əvəz edilsin.

6. 26-cı maddənin 3-cü hissəsində və 41-ci maddənin ikinci abzasında “orqan” sözü “qurum” sözü ilə əvəz edilsin.

7. 30-1-ci maddə ləğv edilsin.

8. 39-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 39. Dövlət rüsumu və haqq

39.1. Bu Qanunda nəzərdə tutulmuş hallarda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

39.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun göstərdiyi bu Qanunda nəzərdə tutulan xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2018-ci il.

6 апреля 2018, 08:04

http://www.azertag.az

3211—3220 из 3607

9 июня 2014, 13:06

UNICEF и Азербайджан приняли план на 2014–2015 годы   подробно...

9 июня 2014, 09:06

О дополнительных мерах по развитию животноводства в Азербайджанской Республике   подробно...

9 июня 2014, 09:06

О дополнительных мерах по строительству автомобильной дороги Хокмали-Гобу-Локбатан-Гюздек-Пута Абшеронского района   подробно...

6 июня 2014, 15:06

ЕС помогает Азербайджану интегрироваться в Европейское пространство высшего образования   подробно...

6 июня 2014, 14:06

Министр образования Азербайджана проведёт тренинги для учителей общеобразовательных школ   подробно...

6 июня 2014, 09:06

О награждении орденом «Истиглал» В.С.Векилова   подробно...

5 июня 2014, 15:06

О присвоении почетного звания «Заслуженный инженер» работникам водного хозяйства и мелиорации   подробно...

5 июня 2014, 15:06

О награждении медалью «Терегги» работников водного хозяйства и мелиорации   подробно...

5 июня 2014, 09:06

О дополнительной поддержке обеспечению производителей сельскохозяйственной продукции сельскохозяйственной техникой   подробно...

4 июня 2014, 09:06

О награждении орденом «Шохрат» Ш.М.Юсуповой   подробно...