Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 852-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli 1825 nömrəli və 29 mart tarixli 1899 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.6.1.4-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“8.6.1.4. məhkum edilmiş, lakin cəzasının çəkilməsi təxirə salınan şəxslər haqqında;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2018-ci il.
6 апреля 2018, 08:0416 декабря 2016, 10:12
Об отзыве А.Т. Гусейна с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Грузии подробно...
15 декабря 2016, 10:12
О награждении медалью «Терегги» сотрудников Бакинского славянского университета подробно...
14 декабря 2016, 10:12
О награждении работников оборонной промышленности Азербайджанской Республики подробно...
14 декабря 2016, 10:12
О присвоении работникам оборонной промышленности Азербайджанской Республики почетного звания «Заслуженный инженер» подробно...
14 декабря 2016, 10:12
О награждении Я.Г. Мамедова орденом «За службу отечеству» 2-й степени подробно...
12 декабря 2016, 10:12
О награждении М. М. Чайбасарского медалью «Терегги» подробно...
12 декабря 2016, 10:12
О награждении Э. С. Улькиной орденом «За службу Отечеству» 3-й степени подробно...
9 декабря 2016, 09:12
О призыве с 1 по 30 января 2017 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
9 декабря 2016, 09:12
О проведении 90-летнего юбилея Агиля Алиева подробно...
8 декабря 2016, 10:12
О дополнительных мерах по ускорению социально-экономического развития Агдамского района подробно...