2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Azərbaycan Demokrat Partiyası vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Azərbaycan Demokrat Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

Tahir Əli oğlu Süleymanlı

Vidadi Qurbanəli oğlu Rüstəmov

Aftandil İbrahim oğlu Vəliyev

Cəbrayıl Mehralı oğlu Dünyamalıyev

İltifat İldırım oğlu Səfərov

Xəyalə Fəxrəddin qızı Əsgərova

Salman Məhəmməd oğlu İmanlı

Flora Novruz qızı Qurbanova

Emin Rasim oğlu Abbasov

Zülfiyyə Zülfüqar qızı İbrahimova

Təsviri Vilayət oğlu Axundov

Nazilə Nəzər qızı Səfərova

Məhərrəm Tofiq oğlu Məmmədov

Nigar Çingiz qızı Şahi

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

2 апреля 2018, 08:04

http://www.azertag.az

3081—3090 из 3607

18 августа 2014, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Синджан-Хачмаз-Фильфили Огузского района   подробно...

15 августа 2014, 17:08

Лихорадка Эбола: Азербайджан предпринимает экстренные меры   подробно...

15 августа 2014, 15:08

Введён дисконт по государственному лизингу сельскохозяйственной техники   подробно...

15 августа 2014, 09:08

Программа «Произведено в Грузии» будет перенесена на Азербайджан   подробно...

15 августа 2014, 09:08

О мерах по строительству автомобильной дороги Моллаисалар-Велиушагы-Моллаахмедли-Саркарлар Бардинского района   подробно...

8 августа 2014, 09:08

О дополнительных мерах по ускорению социально-экономического развития Агдамского района   подробно...

14 августа 2014, 09:08

Особый отдел появился в Министерстве налогов   подробно...

13 августа 2014, 14:08

Административные правила мест заключения распространены на досудебные разбирательства   подробно...

13 августа 2014, 14:08

Объявлен список подтверждающих документов для временного ввоза в Азербайджан иностранных автомобилей, не соответствующих Евро-4   подробно...

13 августа 2014, 09:08

В Азербайджане будут разработаны правила спортивного и любительского рыболовства   подробно...