Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1759 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü yarımbəndində “qanunvericiliyə uyğun olaraq səlahiyyətləri daxilində” sözləri “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2018-ci il.
30 марта 2018, 08:032 июля 2014, 13:07
Президент Азербайджана утвердил учреждение Золотой медали им. Низами Гянджеви за научные заслуги подробно...
2 июля 2014, 13:07
Министерство налогов Азербайджана отказалось взимать налоги у представителей шоу-бизнеса подробно...
2 июля 2014, 12:07
О присвоении почетных званий сотрудникам Министерства внутренних дел Азербайджанской Республики подробно...
2 июля 2014, 12:07
О присвоении высших специальных званий офицерам Министерства внутренних дел Азербайджанской Республики подробно...
2 июля 2014, 12:07
О дополнительных мерах по строительству автомобильный дороги Карабах-Беюк Бахманли-Араятлы-Мирзанагылы Физулинского района подробно...
2 июля 2014, 12:07
Распоряжение Президента Азербайджанской РеспубликиО награждении группы сотрудников Министерства внутренних дел Азербайджанской Республики подробно...
1 июля 2014, 09:07
О дополнительных мерах по ускорению социально-экономического развития Агстафинского района подробно...
30 июня 2014, 15:06
Принят новый устав и концепция развития Академии наук подробно...
30 июня 2014, 09:06
Об изменении должностей ряда судей подробно...
30 июня 2014, 09:06
О назначении Р.К.Теймурова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Корея подробно...