“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1032-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1032-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2018-ci il.
28 марта 2018, 08:0323 сентября 2015, 09:09
О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики подробно...
23 сентября 2015, 09:09
Об назначении А.А.Гасымова главой Исполнительной власти Низаминского района города Баку подробно...
23 сентября 2015, 09:09
Об освобождении А.А.Гасымова от должности главы Исполнительной власти Сиязаньского района подробно...
22 сентября 2015, 12:09
О назначении В.А.Абдуллаева председателем Кяпазского районного суда города Гянджа подробно...
22 сентября 2015, 12:09
О назначении председателей Бакинского и Шекинского апелляционных судов подробно...
21 сентября 2015, 09:09
О награждении работников нефтяной промышленности Азербайджанской Республики подробно...
21 сентября 2015, 09:09
О присвоении почетных званий работникам нефтяной промышленности Азербайджанской Республики подробно...
21 сентября 2015, 09:09
О предоставлении персональной пенсии Президента Азербайджанской Республики подробно...
21 сентября 2015, 09:09
О мерах по капитальному ремонту многоквартирных зданий в городе Кюрдамир подробно...
21 сентября 2015, 09:09
О дополнительных мерах по завершению строительства Агсуинской районной центральной больницы подробно...