“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1031-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1031-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2018-ci il.
28 марта 2018, 08:0320 мая 2016, 09:05
О дополнительных мерах в области усовершенствования процесса приватизации государственного имущества подробно...
20 мая 2016, 09:05
Об упрощении выдачи разрешения на эксплуатацию некоторых строительных объектов подробно...
20 мая 2016, 09:05
О назначении Р.А.Бабашева главой Исполнительной власти Газахского района подробно...
20 мая 2016, 09:05
О назначении А.Н.Аскерова главой Исполнительной власти Ярдымлинского района подробно...
20 мая 2016, 09:05
Об освобождении А.Н.Аскерова от должности главы Исполнительной власти Газахского района подробно...
19 мая 2016, 09:05
Об исполнении бюджета Государственного нефтяного фонда Азербайджанской Республики на 2015 год подробно...
16 мая 2016, 09:05
О мерах по строительству автомобильной дороги Новосаратовка- Чобанкенд- Новоивановка Гядабейского района подробно...
13 мая 2016, 09:05
О назначении Р.А.Агаева председателем Ширванского апелляционного суда подробно...
13 мая 2016, 09:05
Об оказании единовременной финансовой помощи частным телерадиовещателям в Азербайджанской Республике подробно...
13 мая 2016, 09:05
О назначении А.Э.Алекберова начальником Управления Государственного историко-архитектурного заповедника «Ичеришехер» при Кабинете Министров Азербайджанской Республики подробно...