“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1027-VQD nömrəli Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1027-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2018-ci il.

28 марта 2018, 08:03

http://www.azertag.az

1961—1970 из 3607

26 января 2017, 13:01

О расширении территории Сумгайытского химического промышленного парка   подробно...

25 января 2017, 09:01

Об утверждении «Порядка выплаты единого ежемесячного пособия для вынужденных переселенцев и приравненных к ним лиц вместо пособия по расходам на питание, а также выплат из государственного бюджета по коммунальным и другим услугам»   подробно...

25 января 2017, 09:01

О двадцать пятой годовщине Ходжалинского геноцида   подробно...

25 января 2017, 09:01

О мерах по восстановлению освобожденного от оккупации села Джоджуг Мерджанлы Джебраильского района   подробно...

24 января 2017, 09:01

Об установлении единого ежемесячного пособия для вынужденных переселенцев и приравненных к ним лиц   подробно...

23 января 2017, 09:01

О повышении минимальной ежемесячной заработной платы   подробно...

23 января 2017, 09:01

Об индексации страховой части трудовых пенсий   подробно...

16 января 2017, 09:01

О награждении М.Дж.Ахмедзаде орденом «За службу Отечеству» 2-й степени   подробно...

13 января 2017, 09:01

О присуждении специальной стипендии молодым талантам   подробно...

13 января 2017, 09:01

О проведении 300-летнего юбилея великого азербайджанского поэта Моллы Панаха Вагифа   подробно...