“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1026-VQD nömrəli Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1026-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2018-ci il.

28 марта 2018, 08:03

http://www.azertag.az

1921—1930 из 3607

6 марта 2017, 09:03

О присвоении почетных званий азербайджанским женщинам   подробно...

6 марта 2017, 09:03

О назначении членов Наблюдательного совета Фонда молодежи при Президенте Азербайджанской Республики   подробно...

6 марта 2017, 09:03

О награждении азербайджанских женщин   подробно...

3 марта 2017, 09:03

Об упрощении визовых процедур для иностранцев и лиц без гражданства, прибывающих в Азербайджанскую Республику в связи с организацией и проведением соревнований Гран-при Азербайджана Формула-1 2017   подробно...

3 марта 2017, 09:03

О некоторых мерах по организации и проведению IV Игр исламской солидарности   подробно...

3 марта 2017, 09:03

О 25-летнем юбилее создания Национального Олимпийского комитета Азербайджанской Республики   подробно...

27 февраля 2017, 09:02

Распоряжение Кабинета Министров Азербайджанской Республики   подробно...

27 февраля 2017, 09:02

Постановление Милли Меджлиса Азербайджанской Республики в связи с 25-летием Ходжалинского геноцида   подробно...

27 февраля 2017, 09:02

О дополнительных мерах по регулированию организации экзаменов по приему студентов в высшие и средние специальные учебные заведения в Азербайджанской Республике   подробно...

27 февраля 2017, 09:02

Список относительно распределения по населенным пунктам водоочистных установок модульного типа, сооружение которых предусматривается в 2017 году   подробно...