Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274, № 12, I kitab, maddə 680; 2004, № 6, maddə 416, № 11, maddə 891; 2005, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007, № 7, maddə 712; 2008, № 6, maddə 457; 2009, № 2, maddə 44; 2010, № 4, maddə 276, № 7, maddə 592; 2011, № 3, maddə 163; 2012, № 5, maddə 409; 2013, № 6, maddə 592; 2015, № 5, maddə 490; 2017, № 5, maddə 705; Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanunu) 27.1-ci maddəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Mərkəzi Seçki Komissiyasının üzvünün, sabiq üzvünün və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il.

28 марта 2018, 08:03

http://www.azertag.az

3291—3300 из 3607

6 мая 2014, 09:05

О назначении Т.Р.Мехтиева заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики   подробно...

5 мая 2014, 12:05

Пятая часть платы за каждый паспорт пойдёт в «карман» полиции   подробно...

5 мая 2014, 09:05

О награждении орденом «Шохрат» Н.Н.Новрузова   подробно...

5 мая 2014, 09:05

О проведении 90-летнего юбилея Гусейна Арифа   подробно...

5 мая 2014, 09:05

О назначении Ф.Ш.Алиевой ректором Азербайджанского государственного университета культуры и искусства   подробно...

5 мая 2014, 09:05

О дополнительных мерах по ускорению социально- экономического развития Агдашского района   подробно...

5 мая 2014, 09:05

Об освобождении Э.Г.Искендерова от должности председателя Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями   подробно...

2 мая 2014, 16:05

Министр обороны Азербайджана обсудил с главой МИД Израиля военно-политическую ситуацию в регионе   подробно...

2 мая 2014, 09:05

В азербайджанских вузах закрыты все заочные отделения   подробно...

1 мая 2014, 17:05

В Азербайджане зарегистрировано второе объединение собственников жилья   подробно...