“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1033-VQD nömrəli Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1033-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2018-ci il.

28 марта 2018, 08:03

http://www.azertag.az

2361—2370 из 3607

4 марта 2016, 12:03

Об освобождении А.И.Салимова от должности главы Исполнительной власти Лачинского района   подробно...

4 марта 2016, 12:03

Об освобождении М.Н.Гулиева от должности главы Исполнительной власти Джебраильского района   подробно...

3 марта 2016, 09:03

Об издании «Атласа чрезвычайных ситуаций Азербайджанской Республики»   подробно...

3 марта 2016, 09:03

О дополнительных мерах, связанных с продолжением реконструкции на внутренних автомобильных дорогах поселка Нардаран Сабунчинского района города Баку   подробно...

3 марта 2016, 09:03

О предоставлении Г.И .Гасанову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

2 марта 2016, 10:03

О присвоении женщинам Азербайджана почетных званий   подробно...

2 марта 2016, 10:03

О награждении женщин Азербайджана   подробно...

2 марта 2016, 10:03

О предоставлении У.А.Гулиевой персональной пенсии Президента Азербайджанской Республики   подробно...

2 марта 2016, 10:03

О повышении заработных плат работников ряда организаций, финансируемых из государственного бюджета   подробно...

29 февраля 2016, 10:02

О награждении сотрудников Государственного комитета Азербайджанской Республики по градостроительству и архитектуре   подробно...