Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “İpoteka haqqında’’ Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə’’ Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 794-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444; 2006, № 12, maddə 1029; 2007, № 5, maddə 442, № 6, maddə 562, № 8, maddə 756; 2009, № 12, maddə 948; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 643; 2013, № 3, maddə 214; 2014, № 4, maddə 325; 2015, № 1, maddə 1; 2016, № 1, maddə 7; 2017, № 11, maddə 1961) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.1.2-ci maddədə, 13.3-cü maddənin ikinci cümləsində, 30.2.12-ci maddədə, 288.1-ci maddənin birinci cümləsində “qeydə alınmış” sözləri “dövlət qeydiyyatına alınmış” sözləri ilə əvəz edilsin.

2. 62.1.3-cü maddədə “qeydiyyata almaq” sözləri “dövlət qeydiyyatına almaq” sözləri ilə əvəz edilsin.

3. 293.3-cü maddədə “qeydə alınmalıdır” sözləri “dövlət qeydiyyatına alınmalıdır” sözləri ilə əvəz edilsin.

4. 295-ci maddə üzrə:

4.1. birinci cümlədə “qeydiyyat” sözü “dövlət qeydiyyatı” sözləri ilə əvəz edilsin;

4.2. ikinci (hər iki halda) və üçüncü cümlələrdə “qeydiyyata alınmış” sözləri “dövlət qeydiyyatına alınmış” sözləri ilə əvəz edilsin.

5. 297.1.2-ci, 297.1.3-cü, 297.2-ci, 298.1-ci və 301.0.21-ci (hər iki halda) maddələrdə “qeydiyyata alınmış” sözləri “dövlət qeydiyyatına alınmış” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il.

19 марта 2018, 08:03

http://www.azertag.az

3041—3050 из 3607

5 сентября 2014, 10:09

Инициировано создание Азербайджанского альянса собраний   подробно...

5 сентября 2014, 09:09

Обязательное страхование недвижимости в Азербайджане растёт минимум на порядок   подробно...

5 сентября 2014, 09:09

О предоставлении И.Х.Оруджеву «Почетного диплома Президента Азербайджанской Республики»   подробно...

4 сентября 2014, 11:09

Парк высоких технологий подписал меморандум о сотрудничестве с Microsoft Corporation   подробно...

4 сентября 2014, 09:09

О награждении орденом «Гейдар Алиев» Реджепа Тайиба Эрдогана   подробно...

3 сентября 2014, 16:09

Лицеи и фармацевты попали в чёрный список в Азербайджане   подробно...

3 сентября 2014, 09:09

О награждении орденом «Шохрат» Н.М.Гулиева   подробно...

3 сентября 2014, 09:09

О мерах по проведению в городе Баку «Первого глобального форума по молодежной политике» и VI чемпионата мира по компьютерным играм   подробно...

2 сентября 2014, 15:09

Обязательное автомобильное страхование в августе упало к июлю, ускорило рост год к году   подробно...

2 сентября 2014, 09:09

Об установлении премий для спортсменов Азербайджанской Республики и их тренеров за самые высокие результаты на II юношеских летних Олимпийских играх в городе Нанкин Китайской Народной Республики   подробно...