“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1015-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1015-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 mart 2018-ci il.
15 марта 2018, 08:033 октября 2014, 16:10
Министр налогов Азербайджана создал отдел по решению организационных вопросов подробно...
3 октября 2014, 09:10
Президенту Республики Корея Ее превосходительству госпоже Пак Кын Хе подробно...
3 октября 2014, 09:10
Президенту Федеративной Республики Германия Его превосходительству господину Йоахиму Гауку подробно...
2 октября 2014, 17:10
В Азербайджане будут разработаны профессиональные стандарты учителей подробно...
2 октября 2014, 16:10
Министерство труда обещает помочь добросовестным работодателям, не успевшим зарегистрироваться в системе уведомления о работниках подробно...
2 октября 2014, 09:10
Поздравление азербайджанскому народу по случаю Гурбан байрамы подробно...
1 октября 2014, 09:10
О присвоении почетных званий работникам образования Азербайджанской Республики подробно...
1 октября 2014, 09:10
О награждении медалью «Терегги» работников образования Азербайджанской Республики подробно...
1 октября 2014, 09:10
Президенту Исламской Республики Афганистан Его превосходительству господину Ашрафу Гани Ахмадзаю подробно...
1 октября 2014, 09:10
Председателю Китайской Народной Республики Его превосходительству господину Си Цзиньпину подробно...