Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 mart 2018-ci il.

12 марта 2018, 08:03

http://www.azertag.az

3081—3090 из 3607

18 августа 2014, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Синджан-Хачмаз-Фильфили Огузского района   подробно...

15 августа 2014, 17:08

Лихорадка Эбола: Азербайджан предпринимает экстренные меры   подробно...

15 августа 2014, 15:08

Введён дисконт по государственному лизингу сельскохозяйственной техники   подробно...

15 августа 2014, 09:08

Программа «Произведено в Грузии» будет перенесена на Азербайджан   подробно...

15 августа 2014, 09:08

О мерах по строительству автомобильной дороги Моллаисалар-Велиушагы-Моллаахмедли-Саркарлар Бардинского района   подробно...

8 августа 2014, 09:08

О дополнительных мерах по ускорению социально-экономического развития Агдамского района   подробно...

14 августа 2014, 09:08

Особый отдел появился в Министерстве налогов   подробно...

13 августа 2014, 14:08

Административные правила мест заключения распространены на досудебные разбирательства   подробно...

13 августа 2014, 14:08

Объявлен список подтверждающих документов для временного ввоза в Азербайджан иностранных автомобилей, не соответствующих Евро-4   подробно...

13 августа 2014, 09:08

В Азербайджане будут разработаны правила спортивного и любительского рыболовства   подробно...