“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 619 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 619 nömrəli Fərmanını “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 836-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 619 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 416; 2004, № 6, maddə 437; 2005, № 4, maddə 303; 2007, № 6, maddə 601; 2010, № 2, maddə 85) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci abzasa “9-cu maddəsinin beşinci hissəsində (ikinci halda)” sözlərindən sonra “, 14-cü maddəsinin dördüncü hissəsində” sözləri əlavə edilsin.

2. Dördüncü abzasda “14-cü maddəsinin üçüncü və dördüncü hissələrində” sözləri “14-cü maddəsinin üçüncü hissəsində” sözləri ilə əvəz edilsin.

3. Səkkizinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2018-ci il.

9 марта 2018, 08:03

http://www.azertag.az

3281—3290 из 3607

7 мая 2014, 16:05

Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 30,66%   подробно...

7 мая 2014, 11:05

В Азербайджане впервые будут созданы летние школы для учащихся   подробно...

7 мая 2014, 11:05

В апреле более 5 тыс. азербайджанских налогоплательщиков нарушили закон   подробно...

7 мая 2014, 10:05

Издан «Русско-азербайджанский толковый юридический словарь»   подробно...

6 мая 2014, 16:05

Министерство образования проведёт диагностику в бакинских школах   подробно...

6 мая 2014, 14:05

Кредитное соглашение по последнему траншу дорожной MFF 2007 года подписано   подробно...

6 мая 2014, 12:05

Вводятся особые стандарты качества интернета   подробно...

6 мая 2014, 11:05

Изменено положение МЧС Азербайджана   подробно...

6 мая 2014, 09:05

О присвоении Т.Р.Мехтиеву высшего воинского звания генерал-майора   подробно...

6 мая 2014, 09:05

О назначении Т.А.Амирасланова заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики   подробно...