Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli 1827 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.15.14-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.15.15-ci yarımbənd əlavə edilsin:

“3.15.15. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, müvafiq inzibati ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir və bu yerlərlə bağlı icra məmurunun sorğularına həmin məcəllələrdə nəzərdə tutulmuş müddətlərdə cavab verir.”.

2. 4.15.5-ci yarımbənd ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2018-ci il.

9 марта 2018, 08:03

http://www.azertag.az

3411—3420 из 3607

18 марта 2014, 09:03

О присвоении Ф.Н.Алекберову высшего специального звания государственного советника миграционной службы III класса   подробно...

18 марта 2014, 09:03

О награждении медалью «За отличие на службе в миграционных органах» сотрудников Государственной миграционной службы Азербайджанской Республики   подробно...

18 марта 2014, 09:03

Об освобождении М.И.Мадатова от должности заместителя председателя Закрытого акционерного общества «Азербайджанское Каспийское морское пароходство»   подробно...

18 марта 2014, 09:03

О назначении З.Г.Гусейнова судьей Сумгайытского городского суда и председателем данного суда   подробно...

18 марта 2014, 09:03

Об освобождении Э.К.Асланова от должности заведующего Отделом политического анализа и информационного обеспечения Администрации Президента Азербайджанской Республики   подробно...

18 марта 2014, 09:03

О назначении А.А.Гаджиева ректором Бакинского славянского университета   подробно...

17 марта 2014, 17:03

Освобождён от должности глава отдела политического анализа и информационного обеспечения Администрации президента   подробно...

17 марта 2014, 16:03

В Азербайджане введены новые нормы загрузки для крупнотоннажных машин   подробно...

17 марта 2014, 14:03

Правила повышения энергетической эффективности и экономии энергетических ресурсов утвердил Азербайджан   подробно...

17 марта 2014, 09:03

О проведении 70-летнего юбилея Национальной Академии Наук Азербайджана   подробно...