“Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 16 avqust tarixli 504 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram: 

“Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 16 avqust tarixli 504 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 625) adında və mətnində “Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il.

7 марта 2018, 08:03

http://www.azertag.az

3131—3140 из 3607

14 июля 2014, 13:07

23-я школа возвращена в систему Министерства образования   подробно...

14 июля 2014, 09:07

Об определении национального органа, предусмотренного в Уставе Гаагской конференции по международному частному праву   подробно...

14 июля 2014, 09:07

Об утверждении Устава Гаагской конференции по международному частному праву   подробно...

11 июля 2014, 16:07

В Азербайджане создаётся ветеринарный городок   подробно...

11 июля 2014, 14:07

Усечены полномочия государственного газового надзора   подробно...

11 июля 2014, 14:07

Азербайджан выделит дополнительные средства для строительства новых станций метро   подробно...

11 июля 2014, 11:07

Возобновлено движение контейнерного поезда Баку–Поти   подробно...

10 июля 2014, 10:07

Об отзыве Ф.И.Гурбанова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Соединенном Королевстве Великобритании и Северной Ирландии, Республике Ирландия, Республике Исландия и Королевстве Дания   подробно...

10 июля 2014, 10:07

Об отзыве Ф.Р.Шафиева с должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Канаде и постоянного представителя при Международной организации гражданской авиации   подробно...

10 июля 2014, 09:07

О назначении Т.Т.Тагизаде чрезвычайным и полномочным послом Азербайджанской Республики в Соединенном Королевстве Великобритании и Северной Ирландии   подробно...