Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 795; 2004, № 1, maddə 19; 2007, № 8, maddə 765; 2008, № 3, maddə 168, № 8, maddə 722; 2010, № 8, maddə 718, № 9, maddə 770; 2011, № 5, maddə 378; 2015, № 5, maddə 514, № 9, maddə 976; 2017, № 2, maddə 201, № 5, maddələr 773, 815) ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 1-ci hissəsinin birinci abzasında “sərhəd-nəzarət” sözləri “dövlət sərhədindən” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2018-ci il.
7 марта 2018, 08:032 апреля 2014, 16:04
Отменено регулирование цен на топливо экологического стандарта Евро-5 подробно...
2 апреля 2014, 16:04
Внутренний туризм в Азербайджане находится «в загоне»: он не интересен большинству туристических компаний подробно...
2 апреля 2014, 12:04
Завершается общественное обсуждение законопроекта об аудиторской деятельности в Азербайджане подробно...
2 апреля 2014, 09:04
PwC аудировала Национальный фонд поддержки предпринимательства за 2013 год подробно...
2 апреля 2014, 09:04
Прекращён приём документов для регистрации недвижимости в Азербайджане подробно...
2 апреля 2014, 09:04
О дополнительных мерах по строительству автомобильной дороги Исмаиллы-Гёйтепе-Рушан-Галынчаг Исмаиллинского района подробно...
1 апреля 2014, 17:04
Азербайджан утверждается в статусе социального государства подробно...
1 апреля 2014, 15:04
Министерство юстиции проводит тендер на строительство административного здания подробно...
1 апреля 2014, 17:04
C 2015–2016 учебного года Азербайджан переходит на 35-недельную систему среднего образования и упрощает учебную программу подробно...
1 апреля 2014, 15:04
Начат очередной конкурс на замещение вакансий на государственной службе подробно...