“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12, maddə 2313) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.2-ci bənddə “29.0.15-ci,” sözlərindən sonra “29.0.16-cı (“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin nizamnamələrinin, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, təsdiq edilməsi üzrə),” sözləri əlavə edilsin;
1.2. 2.8-ci bənddə “29.0.16-cı” sözlərindən sonrakı mötərizədə “nizamnamələri Azərbaycan Respublikasının Prezidenti” sözlərindən sonra “və Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri əlavə edilsin;
1.3. 2.11-ci bəndin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.12-ci bənd əlavə edilsin:
“2.12. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin təsisçisinin:
2.12.1. nizamnamənin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən olunması üzrə səlahiyyətlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti;
2.12.2. strukturun təsdiq edilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi üzrə səlahiyyətlərini tabeliyində dövlət ali təhsil müəssisələri yaradılan icra hakimiyyəti orqanları həyata keçirirlər.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2018-ci il.
1 марта 2018, 12:0324 декабря 2015, 09:12
О присвоении спортивным специалистам Азербайджанской Республики почетного звания «Заслуженный деятель физической культуры и спорта» подробно...
24 декабря 2015, 09:12
О назначении Ф.Г.Гаджиева ректором Азербайджанской государственной академии физической культуры и спорта подробно...
24 декабря 2015, 09:12
О присвоении почетных званий сотрудникам Научного центра «Азербайджанская национальная энциклопедия» подробно...
24 декабря 2015, 09:12
О награждении сотрудников Научного центра «Азербайджанская национальная энциклопедия» подробно...
24 декабря 2015, 09:12
О предоставлении К.А.Кебирлинскому персональной пенсии Президента Азербайджанской Республики подробно...
23 декабря 2015, 09:12
О награждении медалью «Терегги» сотрудников Республиканской детской библиотеки имени Фиридун бека Кочарли подробно...
23 декабря 2015, 09:12
О присвоении почетного звания «Заслуженный работник культуры» сотрудникам Республиканской детской библиотеки имени Фиридун бека Кочарли подробно...
22 декабря 2015, 10:12
О награждении Д.Г.Рзаева орденом «Шохрат» подробно...
22 декабря 2015, 10:12
О награждении победителей проведенного в 2014/2015 учебном году конкурса «Лучший учитель» подробно...
22 декабря 2015, 10:12
О награждении победителей проведенного в 2014/2015 учебном году конкурса «Лучшее общеобразовательное учреждение» подробно...