“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur.
3. “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə verilsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2018-ci il.
23 февраля 2018, 08:0216 июня 2017, 09:06
О мерах по продолжению восстановительных работ в селе Джоджуг Мерджанлы Джебраильского района подробно...
14 июня 2017, 09:06
О предоставлении Р.Ф.Гасымову специальной олимпийской стипендии Президента Азербайджанской Республики подробно...
13 июня 2017, 09:06
О мерах по строительству автомобильной дороги Хырдалан-Бинагади-Балаханы подробно...
12 июня 2017, 09:06
О мерах по строительству автомобильной дороги Агстафа-Кочаскер Агстафинского района подробно...
12 июня 2017, 09:06
О мерах по строительству автомобильной дороги Мехтиабад-Дигях-Мамедли Абшеронского района подробно...
9 июня 2017, 09:06
О дополнительных мерах по расширению территории комплекса приморского парка-бульвара в городе Астара подробно...
9 июня 2017, 09:06
О дополнительных мерах по капитальному ремонту и восстановлению многоквартирных зданий в городе Лянкяран подробно...
8 июня 2017, 09:06
О дополнительных мерах по капитальному ремонту и восстановлению многоквартирных зданий в городе Лянкяран подробно...
7 июня 2017, 09:06
О дополнительных мерах по улучшению дорожно-транспортной инфраструктуры Загатальского района подробно...
6 июня 2017, 10:06
Список распределения субартезианских скважин, бурение которых предусмотрено в 2017 году, по населенным пунктам подробно...