Gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənc istedadlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 (dörd yüz) manat müəyyən edilsin.
2. "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 251; 2007, № 2, maddə 146) 1-ci hissəsində “300” rəqəmləri “400” rəqəmləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2018-ci il.
23 февраля 2018, 08:0223 июня 2014, 09:06
Об освобождении судей апелляционных судов Азербайджанской Республики от должности подробно...
23 июня 2014, 09:06
О назначении З.Ш.Зарбалиева судьей Гянджинского апелляционного суда подробно...
23 июня 2014, 09:06
О назначении И.М.Насирова судьей Верховного суда Азербайджанской Республики подробно...
20 июня 2014, 09:06
Об учреждении профессионального праздника «День моряка» подробно...
20 июня 2014, 09:06
О дополнительных мерах в области поддержки связанных с Азербайджаном проектов зарубежных неправительственных организаций подробно...
19 июня 2014, 16:06
Министр связи и высоких технологий Азербайджана встретился с вице-президентом Ирана подробно...
18 июня 2014, 15:06
В Азербайджане предлагается страховать жизнь заёмщиков – физических лиц подробно...
19 июня 2014, 14:06
Самое оптимальное медицинское страхование обещано азербайджанским гражданам подробно...
18 июня 2014, 09:06
Азербайджан предложил UNWTO свои механизмы развития туристических дестинаций подробно...
17 июня 2014, 09:06
О присвоении почетных званий работникам здравоохранения Азербайджанской Республики подробно...