Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2018-ci il.
21 февраля 2018, 08:0222 июля 2014, 15:07
Коммунальные, технические и антимонопольные проверки бизнеса ограничены в Азербайджане подробно...
22 июля 2014, 09:07
Энергетический надзор введён в Азербайджане подробно...
22 июля 2014, 09:07
О назначении М.Г.Гурбанлы председателем Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями подробно...
21 июля 2014, 16:07
Мубариз Гурбанлы назначен председателем комитета по делам религиозных учреждений подробно...
21 июля 2014, 15:07
Фирудин Гурбанов назначен заместителем министра образования Азербайджана подробно...
21 июля 2014, 09:07
О назначении членов Попечительского совета Фонда знаний при Президенте Азербайджанской Республики подробно...
21 июля 2014, 09:07
О дополнительных мерах по ускорению социально-экономического развития города Ширван подробно...
18 июля 2014, 13:07
Персонал Фонда знаний поставлен на довольствие в Азербайджане подробно...
18 июля 2014, 10:07
Утверждены формы запроса и уведомления о предоставлении муниципальных земель подробно...
17 июля 2014, 16:07
ЦБА изменит сроки исполнения Государственной программы стимулирования безналичных расчётов подробно...