“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 928-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 928-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə 456, № 4, maddələr 662, 666, № 6, maddə 1062, № 11, maddə 1839; 2017, № 5, maddə 758, № 8, maddə 1521) 2-ci hissəsinin yeddinci abzasından “və onun qeydində” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2018-ci il.
2 февраля 2018, 08:0217 сентября 2018, 08:09
Распоряжение Президента Азербайджанской Республики О награждении Б.Ю.Садыгова орденом «Шохрат» подробно...
17 сентября 2018, 08:09
Распоряжение Президента Азербайджанской Республики О присвоении сотрудникам газеты «Азербайджан» почетного звания «Заслуженный журналист» подробно...
14 сентября 2018, 08:09
Распоряжение Президента Азербайджанской Республики О награждении A.Д.Mеликова орденом «Шохрат» подробно...
14 сентября 2018, 08:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по реализации проекта создания Учебного центра и подготовки кадров подробно...
12 сентября 2018, 08:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Дадашбейли-Чель Агамамедли-Ханкечен-Салманлы Сабирабадского района подробно...
12 сентября 2018, 08:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с улучшением материально-технического обеспечения религиозных общин в Азербайджане подробно...
11 сентября 2018, 08:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по капитальному ремонту Дворца культуры села Ивановка Исмаиллинского района подробно...
11 сентября 2018, 08:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Шабран-Амирханлы-Газбабалы Шабранского района подробно...
10 сентября 2018, 09:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Баку-Алят-Газах-государственная граница с Грузией (103 км)-Навахи-Пирсаат Гаджигабульского района подробно...
10 сентября 2018, 09:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Зардаб-Гаравелли Зардабского района подробно...