“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 928-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 928-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə 456, № 4, maddələr 662, 666, № 6, maddə 1062, № 11, maddə 1839; 2017, № 5, maddə 758, № 8, maddə 1521) 2-ci hissəsinin yeddinci abzasından “və onun qeydində” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2018-ci il.

2 февраля 2018, 08:02

http://www.azertag.net

1071—1080 из 3607

12 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики Об упрощении визовых процедур для иностранцев и лиц без гражданства, которые приедут в Азербайджанскую Республику в связи с организацией и проведением в 2019 году в городе Баку финального матча Лиги Европы УЕФА   подробно...

12 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О проведении 90-летнего юбилея Института нефтехимических процессов имени академика Юсифа Мамедалиева НАНА   подробно...

11 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с продолжением работ по устранению последствий стихийного бедствия, произошедшего в Шамахинском, Исмаиллинском и Агсуинском районах Азербайджанской Республики   подробно...

7 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству здания Музея азербайджанского ашугского искусства имени Гусейна Бозалганлы   подробно...

7 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О награждении Ф.С.Гурбанова орденом «Шохрат»   подробно...

7 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий азербайджанским женщинам   подробно...

7 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О награждении азербайджанских женщин   подробно...

6 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О присвоении Азербайджанскому государственному музыкальному театру и Азербайджанскому государственному русскому драматическому театру статуса «академического»   подробно...

6 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О награждении А.М.Велиева орденом «Эмек» 3-й степени   подробно...

6 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики Об упрощении визовых процедур для иностранцев и лиц без гражданства, которые приедут в Азербайджанскую Республику в связи с организацией и проведением соревнований Гран-при Азербайджана Формула-1 2019   подробно...