“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 925-VQD nömrəli Qanununun tətbiqi və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 492 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 925-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 492 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 170; 2007, № 2, maddə 87, № 11, maddə 1112) 6-cı hissəsindən “(inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti istisna olmaqla)” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2018-ci il.
1 февраля 2018, 09:0210 июля 2014, 09:07
О награждении орденом «Шараф» З.И.Гаралова подробно...
10 июля 2014, 10:07
О назначении Ф.Р.Шафиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Чешской Республике подробно...
10 июля 2014, 09:07
Об отзыве Т.Т.Тагизаде с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Чешской Республике подробно...
9 июля 2014, 17:07
Абульфас Гараев: Отели не готовы принять 5 млн. туристов подробно...
9 июля 2014, 11:07
Университет ADA: свой Сенат, Опекунский совет, экспериментальные детсады и школы подробно...
9 июля 2014, 09:07
Об утверждении «Устава Университета «АДА» подробно...
9 июля 2014, 09:07
О назначении Х.М.Пашаева ректором Университета «АДА» подробно...
9 июля 2014, 09:07
О проведении 100-летнего юбилея Гылмана Илькина подробно...
9 июля 2014, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Джаирли-Гызылагадж-Еникенд Гейчайского района подробно...
9 июля 2014, 09:07
О присвоении Ф.Н.Азизову почетного звания «Заслуженный государственный служащий» подробно...