“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 925-VQD nömrəli Qanununun tətbiqi və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 492 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 925-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 492 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 170; 2007, № 2, maddə 87, № 11, maddə 1112) 6-cı hissəsindən “(inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti istisna olmaqla)” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2018-ci il.

1 февраля 2018, 09:02

http://www.azertag.net

2191—2200 из 3607

1 июля 2016, 09:07

О награждении группы сотрудников Министерства внутренних дел Азербайджанской Республики   подробно...

1 июля 2016, 09:07

О присвоении высших специальных званий офицерам Министерства внутренних дел Азербайджанской Республики   подробно...

30 июня 2016, 09:06

О мерах по устранению ущерба, причинённого населению в результате дождей, выпавших на территории города Гянджа   подробно...

29 июня 2016, 09:06

О мерах, связанных с заменой кровельных покрытий многоквартирных зданий и укреплением материально-технической базы лифтового хозяйства в городе Ширван   подробно...

24 июня 2016, 09:06

О награждении А.Г.Бахшиева орденом «Шохрат»   подробно...

24 июня 2016, 09:06

О награждении Н.Г. Новрузова медалью «Терегги»   подробно...

24 июня 2016, 09:06

О награждении А.Ю.Гараханова орденом «Шохрат»   подробно...

24 июня 2016, 09:06

О смене места работы судьи Тертерского военного суда Э.И.Аллахвердиева   подробно...

24 июня 2016, 09:06

О награждении медалью «Терегги» работников машиностроительной промышленности Азербайджанской Республики   подробно...

24 июня 2016, 09:06

О присвоении почетного звания «Заслуженный инженер» работникам машиностроительной промышленности Азербайджанской Республики   подробно...