Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetməni təkmilləşdirmək və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi yaradılsın.

3. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılsın.

4. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi 145 ştat vahidi, o cümlədən Xidmətin Aparatının işçilərinin say həddi 100 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin işçilərinin say həddi 65 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 18 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi müəyyən edilsin.

6. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs statusu ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyinə verilsin.

7. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi publik hüquqi şəxs Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyinə verilsin.

8. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorlarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

9. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 286; 2006, № 11, maddə 945; 2007, № 6, maddə 601; 2008, № 8, maddə 719, № 11, maddələr 969, 970; 2009, № 2, maddə 64, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 10, maddə 1186, № 12, maddə 1578; 2016, № 3, maddə 468, № 4, maddə 660; 2017, №1, maddə 59) 1-ci hissəsi ləğv edilsin.

10. “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 635; 2016, № 6, maddə 1057, № 8, maddə 1384; 2017, № 5, maddə 844) 1-ci, 2-ci və 3-cü hissələri ləğv edilsin.

11. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

11.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

11.3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında onun strukturuna daxil olmayan tabeliyində olan qurumların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

11.4. bu Fərmanın 6-cı hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini və strukturlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

11.5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin əsasnamələrinin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

11.7. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyasının və onların tabeliyində olan qurumların balanslarındakı əmlakın, müvafiq olaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və onların tabeliyində olan qurumların balanslarına verilməsini iki ay müddətində təmin etsin;

11.8. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyası üçün nəzərdə tutulmuş vəsaitin, müvafiq olaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə ayrılması ilə əlaqədar tədbirlər görsün;

11.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 yanvar 2018-ci il.

15 января 2018, 09:01

http://www.azertag.net

1981—1990 из 3607

22 декабря 2016, 10:12

О присуждении специальной стипендии молодым талантам   подробно...

22 декабря 2016, 11:12

О назначении Л.С.Гяндилова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Беларусь   подробно...

22 декабря 2016, 11:12

О назначении Э.П.Полухова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Федеративной Республике Бразилия   подробно...

22 декабря 2016, 11:12

О назначении Д.А.Гасанова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Грузии   подробно...

22 декабря 2016, 11:12

О присвоении спортивным специалистам Азербайджанской Республики почетного звания «Заслуженный деятель физической культуры и спорта»   подробно...

22 декабря 2016, 11:12

О предоставлении спортивным специалистам Азербайджанской Республики персональной пенсии Президента Азербайджанской Республики   подробно...

19 декабря 2016, 10:12

О некоторых мерах в связи с происшествием на нефтесборном пункте Производственного объединения «Азнефть» Государственной нефтяной компании Азербайджанской Республики   подробно...

16 декабря 2016, 10:12

Об отзыве Э. И. Султанова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Федеративной Республике Бразилия и одновременно в Республике Эквадор, Кооперативной Республике Гайана, Республике Суринам, Республике Тринидад и Тобаго   подробно...

16 декабря 2016, 10:12

Об отзыве М. Н. Эфендиева с должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Нидерландов и одновременно постоянного представителя Азербайджанской Республики в Организации по запрещению химического оружия   подробно...

16 декабря 2016, 10:12

Об отзыве Р. Ш. Джамшидова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Австралийском Союзе и одновременно в Республике Фиджи, Новой Зеландии   подробно...