“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017 ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017 ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. həmin Qanunun 4.2-ci və 11.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.3. həmin Qanunun 9.2-ci maddəsinə uyğun olaraq, tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. həmin Qanunun 10.4-cü maddəsinə uyğun olaraq, tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 11.3-cü maddəsinə uyğun olaraq, tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətlərini və üsullarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci, 10.4-cü və 11.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin Qanunun 12.2-ci və 12.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi həyata keçirirlər;
2.3. həmin Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2017-ci il.
4 января 2018, 09:01
6 мая 2014, 09:05
О назначении Т.Р.Мехтиева заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...
5 мая 2014, 12:05
Пятая часть платы за каждый паспорт пойдёт в «карман» полиции подробно...
5 мая 2014, 09:05
О награждении орденом «Шохрат» Н.Н.Новрузова подробно...
5 мая 2014, 09:05
О проведении 90-летнего юбилея Гусейна Арифа подробно...
5 мая 2014, 09:05
О назначении Ф.Ш.Алиевой ректором Азербайджанского государственного университета культуры и искусства подробно...
5 мая 2014, 09:05
О дополнительных мерах по ускорению социально- экономического развития Агдашского района подробно...
5 мая 2014, 09:05
Об освобождении Э.Г.Искендерова от должности председателя Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями подробно...
2 мая 2014, 16:05
Министр обороны Азербайджана обсудил с главой МИД Израиля военно-политическую ситуацию в регионе подробно...
2 мая 2014, 09:05
В азербайджанских вузах закрыты все заочные отделения подробно...
1 мая 2014, 17:05
В Азербайджане зарегистрировано второе объединение собственников жилья подробно...