“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan və bu Fərmanın 4-cü hissəsindən irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 507.6-cı maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Məcəllənin 507.6-cı maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir;
3.3. həmin Məcəllənin 156-1.1-ci maddəsinin ikinci cümləsində, 467-3.0.5-ci və 467-10.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.4. həmin Məcəllənin 156-1.2-ci maddəsində, 163.7-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
3.5. həmin Məcəllənin 467-8.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;
3.6. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununun 2.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.7. həmin Qanunun 2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.
4. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1668 nömrəli Fərmanının 1.2-ci bəndində nəzərdə tutulan məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında, həmçinin aşağıdakı müddəalar əksini tapmalıdır:
4.1. məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq olunan elektron nəzarət vasitələrinə nəzarəti təmin edən informasiya sistemlərinin inteqrasiyası, məlumatların real vaxt rejimində mübadiləsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bu sahədə fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi qaydası;
4.2. məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq olunan elektron nəzarət vasitələrinə nəzarəti təmin edən informasiya sistemlərinin fəaliyyətini tənzimləyən digər müddəalar.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2017-ci il.
19 декабря 2017, 09:12
18 сентября 2017, 10:09
О предоставлении М.В.Оджагову персональной пенсии Президента Азербайджанской Республики подробно...
18 сентября 2017, 10:09
Об утверждении «Государственной программы «Азербайджанская молодежь в 2017-2021 годах» подробно...
18 сентября 2017, 10:09
О ряде мер, связанных с государственной поддержкой расширения возможностей выхода предпринимателей на финансовые ресурсы в Азербайджанской Республики подробно...
14 сентября 2017, 09:09
О назначении Х.М.Ибрагимовой чрезвычайным и полномочным послом Азербайджанской Республики в Швейцарской Конфедерации подробно...
14 сентября 2017, 09:09
О предоставлении Президентской стипендии студентам, поступившим в высшие учебные заведения Азербайджанской Республики в 2017/2018 учебном году подробно...
14 сентября 2017, 09:09
О мерах по обеспечению посевных площадей в селе Джоджуг Мерджанлы Джебраильского района оросительной водой подробно...
14 сентября 2017, 09:09
О награждении И.Акюзума орденом «Достлуг» подробно...
12 сентября 2017, 10:09
О награждении Нгиема Ву Кхаи медалью «Терегги» подробно...
12 сентября 2017, 10:09
О награждении Нгуена Ву Ха Ле медалью «Терегги» подробно...
12 сентября 2017, 10:09
О назначении И.И.Мадатова ректором Азербайджанского университета туризма и менеджмента подробно...