“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 901-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 901-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 dekabr 2017-ci il.

18 декабря 2017, 09:12

http://www.azertag.net

2911—2920 из 3607

19 ноября 2014, 10:11

О досрочном прекращении полномочий судьи Газахского районного суда Э.М.Джабиева   подробно...

19 ноября 2014, 10:11

Об изменении места работы председателя Нахчыванского городского суда Г.М.Мамедова   подробно...

19 ноября 2014, 10:11

О присвоении почетных званий сотрудникам Азербайджанского университета кооперации и Бакинского колледжа бизнеса и кооперации   подробно...

19 ноября 2014, 09:11

О награждении медалью «Терегги» сотрудников Азербайджанского университета кооперации и Бакинского колледжа бизнеса и кооперации   подробно...

19 ноября 2014, 09:11

Об освобождении Э.И.Мирзоева от должности генерального директора Бакинского международного морского торгового порта   подробно...

19 ноября 2014, 09:11

О назначении Т.М.Зиядова генеральным директором Бакинского международного морского торгового порта   подробно...

18 ноября 2014, 09:11

Президенту Латвийской Республики Его превосходительству господину Андрису Берзиньшу   подробно...

18 ноября 2014, 09:11

Султану Омана Его величеству Кабусу бен Саиду   подробно...

18 ноября 2014, 09:11

О дополнительных мерах по ускорению социально-экономического развития Шамкирского района   подробно...

18 ноября 2014, 09:11

Участникам международной конференции на тему «Укрепление религиозной толерантности (азербайджанская модель, вызовы в регионе ОБСЕ и за его пределами)»   подробно...