“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 862-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 862-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 dekabr 2017-ci il.

18 декабря 2017, 09:12

http://www.azertag.net

3271—3280 из 3607

13 мая 2014, 16:05

Шахин Мустафаев примет участие в XXIII годовом собрании совета управляющих EBRD   подробно...

13 мая 2014, 12:05

О награждении орденом «Шараф» Г.И.Абуталыбова   подробно...

13 мая 2014, 13:05

О награждении орденом «Достлуг» А.М.Тулеева   подробно...

12 мая 2014, 09:05

О награждении сотрудников Фонда Гейдара Алиева медалью «Терегги»   подробно...

12 мая 2014, 09:05

О создании в подчинении Министерства связи и высоких технологий Азербайджанской Республики Закрытого акционерного общества «Национальный центр ядерных исследований» для использования ядерных технологий в мирных целях   подробно...

8 мая 2014, 14:05

Открыт приём предложений по развитию промышленности в Азербайджане   подробно...

8 мая 2014, 09:05

О награждении Мирейи Агуэро де Корралес орденом «Достлуг»   подробно...

8 мая 2014, 09:05

О предоставлении Ш.Н.Гасанову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

8 мая 2014, 09:05

О назначении М.С.Мамедова главой Исполнительной власти Тертерского района   подробно...

7 мая 2014, 17:05

Азербайджанские инспекторы труда вновь взялись за строительный сектор   подробно...